Messi tarix yazmağa davam edir - YENİ REKORD

0000-00-00 00:00:00 Baxıldı:0

Ötən gecə İspaniya La Liqasının 16-cı turunda "Barselona" öz meydanında "Malyorka"nı 5-2 hesabı ilə məğlub edib.   Modern.az xəbər verir ki, bu matç "Barselona"nın ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub.  Belə ki, oyunda 3 qol vuran argentinalı hücumçu tarixə keçib. Messi La Liqada 35-ci het-trikini edərək K.Ronaldonu (34) geridə qoyub.    Bundan başqa Lionel Messi son 14 mövsümün hər birində 10 və daha artıq qol vuran ilk oyunçu olaraq adını futbol tarixinə yazdırıb. Argentinalı hücumçu cərimə meydançasının kənarından vurduğu qollarla (119) da Ronaldonu (117) geridə qoyub.   Qeyd edək ki, Messi hazırda 12 qolla La Liqa lideridir.   T.İSMAYIL

Ötən gecə İspaniya La Liqasının 16-cı turunda "Barselona" öz meydanında "Malyorka"nı 5-2 hesabı ilə məğlub edib