Gömrükçülər jurnalistləri imtahana çəkdi - FOTOLAR

2019-11-30 21:12:00 Baxıldı:1

Dövlət Gömrük Komitəsinin (DGK) media nümayəndələri üçün Lənkəran şəhərində noyabrın 27-də start verdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda üçgünlük təlim noyabrın 30-da başa çatıb.Modern.az-ın məlumatına görə, təlimin sonuncu günündə çıxış edən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, bu jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında əhəmiyyətli rola malikdir. İdarə rəisi daha sonra təlim müddətində aktiv iştirak etdikləri üçün jurnalistlərə təşəkkürünü bildirib və gömrük-media əməkdaşlığının bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.Təlimin sonunda əldə edilən biliklərin qiymətləndirilməsi aparılıb və fərqlənən jurnalistlər mükafatlandırılıb. Jurnalistlər üçün kecirilən təst imtahanında Modern.az-ın əməkdaşı Gülşən Raufqızı II yeri tutaraq qaliblər sırasında olub."Qafqazinfo.az"ın əməkdaşı Günel Türksoy və Azərtac İnformasiya Agentliyinin əməkdaşı Elvin Camalov da qaliblər sırasında yer alıblar.Sonda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) media nümayəndələri üçün Lənkəran şəhərində noyabrın 27-də start verdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda üçgünlük təlim noyabrın 30-da başa çatıb.Modern.az-ın məlumatına görə, təlimin sonuncu günündə çıxış edən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, bu jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında əhəmiyyətli rola malikdir