Bakıda ikimərtəbəli ev çöküb

0000-00-00 00:00:00 Baxıldı:0

Bakının Sabunçu rayonunda ikimərtəbəli fərdi yaşayış evi çöküb. Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədyarov küçəsi 30/17 ünvanında qeydə alınıb.İlkin məlumata əsasən, bir nəfərin məskunlaşdığı ikimərtəbəli fərdi yaşayış evi tamamilə dağılıb. Hadisə zamanı ev sahibi evdə olmayıb. Nəticədə yaxınlıqda olan digər yaşayış evlərinə ziyan dəyib.Hazırda ərazidə FHN-in xilasediciləri çalışır.

Bakının Sabunçu rayonunda ikimərtəbəli fərdi yaşayış evi çöküb