"Karyeramı başa vurmağıma az qalıb" - Messi

0000-00-00 00:00:00 Baxıldı:0

"Mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm. Ailəmə və bütün komanda yoldaşlarıma təşəkkür edirəm".   Modern.az xəbər verir ki, bu sözləri 6-cı dəfə "Qızıl top" mükafatını qazanan "Barselona" klubunun Argentinalı ulduzu Lionel Messi deyib.   "10 il əvvəl ilk "Qızıl top"u qazananda hər 3 qardaşımla birgə bura, Parisə gəlmişdim. Bu gün isə altıncı "Qızıl top"umu qazandım. Bu, mənim üçün xüsusi anlardır. Hər zaman hədəflərə nail olmağa köklənmişəm və buna da davam edirəm. Karyeramı başa vurmağıma az qalıb. Zaman çox tez keçir. Hər şey çətindir. Bununla belə futboldan zövq almaqda davam etmək istəyirəm", - deyə Messi bildirib.   T.İSMAYIL

"Mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm