“Qarabağ”da psixoloji gərginlik var” - Qurban Qurbanov

0000-00-00 00:00:00 Baxıldı:0

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu".Modern.az "Report"a istinadən xəbər verir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.47 yaşlı mütəxəssisin sözlərinə görə, istədikləri oyunu göstərə bilməyiblər: "Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”.- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.- Komanda Avrokubok matçından sonra gərginliyi üzərindən ata bilib?- Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.

"Futbolçularımı təbrik edirəm